Azərbaycan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək.
Oxu24.com xəbər verir ki, bu barədə Report-a açıqlamasında İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov bildirib.
O, iyulun 14-də baş tutacaq həlledici matça xüsusi hazırlaşdıqlarını bildirib:
"Çəkiliş qrupumuz bu görüşə yollanacaq. Tural Dadaşov qarşılaşmanı Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionundan şərh edəcək. Mən və Elnur Əliyev finaldan əvvəl canlı bağlantılar həyata keçirəcəyik. Planlarımız çoxdur. Həmin ab-havanı tamaşaçılara çatdırmağa çalışacağıq".