AZ

"Rusiya Mariupolda qəsdən "aclıq taktikası"ndan istifadə edib" - Beynəlxalq Cinayət Məhkəməsi

"Mariupolun mühasirəsi zamanı müharibənin əvvəlində 22 min insan həlak olub, dinc sakinlər mühasirədən sonra bir neçə gün ərzində susuz, qazsız və elektriksiz qalıb, bu zaman havanın hərarəti mənfi 10 dərəcəyədək aşağı düşüb..."

Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilən yeni təhlilə görə, Rusiya Mariupolu zəbt etdiyi zaman müharibənin aparılması metodu kimi aclıq taktikasından istifadə edib. Hüquqşünaslar mariupolluların blokada zamanı qıdadan məhrum edilməsini hərbi cinayətə bərabər hesab edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

"Rusiya öz qoşunları tərəfindən 2022-ci ilin əvvəlində Ukraynanın Mariupol şəhərinin 85 günlük mühasirəsi zamanı qəsdən aclıq taktikasından istifadə edib.

Rusiya və onun lideri şəhərin dinc sakinlərini qətlə yetirmək və onlara böyük zərər vurmaq niyyətində olub. Mariupolun mühasirəsi və zəbt edilməsi zamanı müharibənin əvvəlində 22 min insan həlak olub. Dinc sakinlər mühasirədən sonra bir neçə gün ərzində susuz, qazsız və elektriksiz qalıb, o zaman havanın hərarəti mənfi 10 dərəcəyək aşağı düşüb".

Bu barədə hazırda Beynəlxalq Cinayət Məhkəməsinə Ukrayna hökuməti ilə birgə işləyən "Global Rights Compliane" beynəlxalq firmanın hüquqşünasları tərəfindən verilən dosyedə deyilir.

Firmanın tərəfdaşı Katrina Merdok bəyan edib ki, hüquqi tədqiqatın məqsədi "Rusiya hərbçiləri və onların rəhbərliyinin Mariupol sakinlərinə sağ qalmaq üçün zəruri olan qida və digər rahatlıqlardan qəsdən imtina edilməsi hallarının olub-olmamasını, yəni hərbi cinayət hesab edilən aclıq taktikasından istifadə edilib-edilməməsini müəyyən etməkdən ibarət olub".

"Rusiyanın hücumu mülki infrastruktura hücumlardan başlayaraq elektrik enerjisinin, istiliyin və suyun kəsilməsinədək dörd mərhələdən ibarət olub. Daha sonra Mariupol sakinlərinə humanitar təxliyədən imtina edilib, sağ qalmaq üçün zəruri olan yardım isə göstərilməyib", - Merdok deyib.

Üçüncü mərhələdə qalan kritik mühüm infrastruktur hücum obyekti olub, mülki əhali yardımın olmaması ilə terror edilib, içməli su məntəqələri isə bombardmanlara məruz qalıb.

"Nəhayət, dördüncü mərhələdə Rusiya qəsdən infrastrukturun qalan obyektlərini məhv etmək və ya ələ keçirmək üçün strateji hücumlar həyata keçirib", - hüquqşünas əlavə edib.

Onun sözlərinə görə, Mariupola mərhələli hücum Rusiyanın tammiqyaslı hərbi müdaxilə başlanan zaman əhalisi 450 min nəfər olan sərhədyanı şəhərin mülki əhalisinə aman vermədən zəbt etməyi planlaşdırdığını nümayiş etdirib.

Dosyedə bu nəticəyə gəlinir ki, şəhərin  mühasirəsi zaman tibbi müəssisələrin və evlərin təxminən 90 faizi dağıdılıb və ya zərər çəkib, ərzaq paylanılması məntəqələri, habelə humanitar təxliyə marşrutları bombardmanlara məruz qalıb.

Rusiyanın Mariupolun zəbt edilmə strategiyasının əhəmiyyətini və Rusiyada qərarlar qəbulu prosesinin mərləzləşmiş qaydada olmasını nəzərə alaraq, dinc sakinlərin həlak olmasının günahı "ən yuxarıların" üzərinə qoyulub, məruzədə deylir.

"Günahkar Vladimir Putin və Rusiyanın hərbi rəhbərliyidir", - Merdok dəqiqləşdirib.

Moderator.az

Seçilən
188
1
hurriyyet.az

10Mənbələr