AZ

Manatın məzənnəsi ilə bağlı vacib

“Dolların bahalaşması Azərbaycan manatının məzənnəsinə təsir etməyəcək. Çünki ölkəmizdə makroiqtisadi göstəricilər və valyuta ehtiyatları kifayət qədərdir. Bu, manatın dayanıqlığını və sabitliyini təmin edir”. Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eyyub Kərimli açıqlamasında bildirib. O qeyd edib ki, manatın məzənnəsini Mərkəzi Bank tənzimləyir. “Hazırda dolların bahalaşması əhəmiyyətli və ciddi xarakter daşımır. Hesab edirəm ki, manatın məzənnəsi sabit qalmaqda davam edəcək”. Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 37 valyuta hərracında, ümumilikdə, banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. May ayında keçirilən 7 valyuta hərracında isə valyuta satışının məbləği 558.6 milyon dollar təşkil edib. Bu da ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
165
27
metbuat.az

10Mənbələr