AZ

Azərbaycan pambıq mahlıcı ixracını artırıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xaricə 100 milyon 278.67 min dollar dəyərində 66 006.68 ton pambıq lifi (mahlıc) ixrac olunub.

Musavat.com-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə çəki baxımından 2,5 dəfəyə yaxın, dəyər baxımından isə 2 dəfə çoxdur.

2023-cü ilin yanvar-may aylarında pambıq lifi ixracı 50 milyon 441.39 min dollar dəyərlə 27 120.95 ton təşkil etmişdi. Bu il pambıq lifi ixracı həcm baxımından kəskin artsa da, onun ixrac qiymətində ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən il mahlıcın 1 tonu 1860 dollara, bu il isə 1519 dollara ixrac olunub.

Musavat.com

Seçilən
117
28
musavat.com

10Mənbələr