İqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir. COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib.
“Report” xəbər verir ki, bunu Bakıda COP-dan qabaq keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
Y.Rəfiyev əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri getdikcə artır: “Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq”.