AZ

İran rəqəmsal rial ilə ödənişlərə icazə verib

İran Mərkəzi Bankı rəqəmsal rialı ictimai dövriyyəyə təqdim edir. Yeni pul forması bu həftə – iyunun 21-dən etibarən əlçatan olacaq.

Bu barədə “Praym” agentliyi ölkənin Mərkəzi Bankına istinadən yazır.

Virtual valyutadan istifadə edərək müştərilər alış-veriş edə və pul köçürə biləcəklər. Rəqəmsal riallarda ödəniş barkodun skan edilməsi ilə həyata keçiriləcək.

İran rəqəmsal rialı sınamağa 2022-ci ilin sentyabrında başlayıb. Layihə indi iki yerli Mellat və Tejarat bankının dəstəyi ilə ictimai istifadə imkanı ilə geniş sınaq mərhələsinə qədəm qoyub.

Mənbə: Sputnik

Seçilən
75
4
dogru.az

3Mənbələr