AZ

BŞTİ müdiri sertifikatlaşdırmada iştirak edən müəllimlərlə görüşdü

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sertifikatlaşdırma prosesindən öncə müəllimlərlə görüşüb, onlara tövsiyələrini verib və uğurlar arzulayıb.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, iyunun 21-də dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinə BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 2 379 riyaziyyat müəllimi dəvət edilib.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizəd topladığı balı kompüterin ekranında görür.

Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Seçilən
129
7
tehsil.biz

10Mənbələr