AZ

Niyaməddin Orduxanlı :“Partiyamız seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir”

Növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ artıq reallaşıb. Konstitusiyaya uyğun olaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilməsi ilə bağlı təklif irəli sürülüb. Bununla bağlı artıq qərar qəbul edilib.

Ədalət, Hüquq, Demokratiya partiyası növbədənkənar seçki qərarını necə qiymətləndirir?

Ədalət, Hüquq, Demokratiya partiyasının sədr müavini Niyaməddin Orduxanlı Herbiand.az-a bildirdi ki, növbədənkənar seçkilər gözlənilməz qərar olmadı:

“Biz Ədalət, Hüquq, Demokratiya partiyası olaraq uzun müddətdir ki, həm parlament seçkilərində, həm prezident seçkilərində, həm də olaraq bələdiyyə seçkilərində iştirak edirik. Bizim uzun illər seçki təcrübəmiz var, partiyamızın seçkidə iştirakını məqsədə müvafiq hesab edirik. O cümlədən, Ədalət, Hüquq, Demokratiya partiyası seçkiyə hazırlıq mərhələsini yüksək səviyyədə keçirir.

Qanuna görə, noyabrın ilk həftəsində parlament seçkiləri keçirilməli idi. Lakin növbədənkənar parlament seçkiləri bizim üçün gözlənilməz qərar olmadı”.

Niyaməddin Orduxanlı bildirdi ki, Ədalət, Hüquq, Demokratiya partiyasının dərin seçki təcrübəsi var:

“Ədalət, Hüquq, Demokratiya partiyasının lideri prezident seçkilərində də iştirak edib.

Partiyamız seçkiyə  tam hazır vəziyyətdədir. Ədalət, Hüquq Demokratiya partiyasının rayon şöbələri mövcuddur. Paralel olaraq Mərkəzi Seçki Komissiyasında, Məntəqə Seçki komissiyalarında, nümayəndələrim, həmçinin, rayon şöbələrimizin minlərlə üzvləri var. Partiyanın rəhbərliyində olan kifayət qədər tanınmış simalar, siyasətçilər təmsil olunur. Biz mümkün qədər çalışacağıq ki, daha çox partiya nümayəndəmiz parlamentdə təmsil olunsun. Hazırda partiyamızın sosial bazası mövcuddur. Ədalət, Hüquq, Demokratiya partiyasının stukturu buna imkan verir. Çünki indiyədək partiyamızın bir nümayəndəsi bizi təmsil edir”.

Niyaməddin Orduxanlı bildirdi ki, çox təəssüf ki, bu gün Azərbaycan həm Avropa məkanında, həm Müstəqil Dövlətlər Birliyində, həm də Asiyada yeganə ölkədir ki, parlamentində nəinki müxalifət, ümumiyyətlə, fraksiya yoxdur:

“Bu hal dövlətin imicinə kifayət qədər ciddi təsir edir, Azərbaycan beynəlxalq təşkilatlarla görüşlərdə imicinə böyük bir təsir etmək imkanını yaradır. Ümumiyyətlə,  mütləq şəkildə növbəti parlamentdə ən azından ən azından müxalifət fraksiyası təmsil olunmalıdır. Ədalət, Hüquq, Demokratiya partiyası olaraq çalışacağıq ki, ən azından bir fraksiya şəklində parlamentdə təmsil olunaq”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
13
herbiand.az

10Mənbələr