Android Authority saytı Google Play-in test versiyasının kodunda yeni təhlükəsizlik funksiyasını aşkar edib. Aşkar edilmiş funksiya smartfonun kənar şəxsə verilməsi halında onun cihaza zərərli proqram təminatı quraşdırmaq istəməsinin qarşısını alacaq. Adətən Android smartfona APK faylının quraşdırılması cəhdi zamanı sistem həmin faylın istifadəçi və smartfon üçün təhlükəsiz olduğunu təsdiqləmək istiqamətində faylın skan prosesini təklif edir. Lakin “istənilən halda quraşdırmaq” bəndini seçməklə bu cür yoxlanışdan yan keçmək mümkündür. Smartfonu əldə etmiş dələduz və ya haker istifadəçinin xəbəri olmadan bu üsul ilə cihaza zərərli proqram təminatını quraşdıra bilər. Google Play-in test versiyasında aşkar edilmiş yeni təhlükəsizlik funksiyası isə bu problemi belə həll etməlidir. APK faylın skan prosesindən imtina halında faylın quraşdırılma prosesinin davamı üçün smartfon sahibinin barmaq izi skanını reallaşdırmaq və ya smartfonun blokdan çıxarılması üçün nəzərdə tutulmuş PIN kodu daxil etmək lazım gələcək. Bunun sayəsində smartfonun sistemi APK faylın məhz smartfon sahibi tərəfindən quraşdırıldığına əmin olacaq. Bu funksiyanın hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta