Tayvanın müdafiə nazirliyi Çin Xalq Azadlıq Ordusunun (PLA) 30 təyyarəsinin adaya yaxınlaşdığını bildirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlik məlumat verib.
Məlumata görə, onların arasında J-16 qırıcıları, çoxməqsədli Y-8-lər, eləcə də pilotsuz uçuş aparatları olub.
Bir gün əvvəl Tayvan yaxınlığında 36 təyyarə, helikopter və dron, həmçinin yeddi PLA gəmisi qeydə alınıb.