İran Yaxın Şərqdə ən böyük kosmik baza qurur.
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, kosmik baza ölkənin cənub-şərqindəki Çabahar limanında tikilir.
Tehran bu bazadan ilk kosmosa buraxılışı 2024-cü ildə həyata keçirməyi planlaşdırır.
Hazırda Çabahar kosmik bazasının tikintisi 56% tamamlanıb; 2025-ci ilin fevralına qədər tam hazır olacaq.