Bu il Cəlilabad rayonunda noxud əkini aparılan sahələr əhəmiyyətli dərəcədə artırılıb.
Bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu il 7 min 890 hektar sahədə noxud bitkisi əkilib. Ötən il bu rəqəm 5 min 600 hektara bərabər olub.
Fermerlərin sözlərinə görə, sözügedən bitki həm dəmyə şəraitində yetişir, həm də ixrac yönümlüdür. Buna görə də bu bitkiyə daha çox maraq yaranıb.