AZ

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib – FOTO

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildiriblər ki, Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.

Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.

DOĞRU.AZ

image-17191287594904714911_1200x630 image-17191287591154117693_1200x630 image-17191287595358345065_1200x630

Seçilən
165
19
dogru.az

10Mənbələr