AZ

Qasım Süleymaninin ölümü ilə bağlı 73 amerikalı məmurun məhkəməsi başlayacaq

İranın 2020-ci ildə öldürülən generalı Qasım Süleymaninin qətlində ABŞ hökuməti və hərbi rəsmilərinə qarşı ittiham irəli sürüb.

"Operativ Media" xəbər verir ki, bunu Tehranın məhkəmə sisteminin rəhbəri Əli Əlqasi-Mehr bildirib.

O, təqsirləndirilən şəxslərin açıq məhkəməsinin yaxın bir ay ərzində keçiriləcəyini deyib. 

"12 min səhifədən çox sənəd toplandıqdan sonra Qasım Süleymani və onun yoldaşlarının şəhadəti ilə bağlı 73 ABŞ rəsmisinə qarşı 164 səhifəlik ittiham aktı qaldırılıb və bu ittiham Tehranın 1 saylı Cinayət Məhkəməsinə verilib. Bu iş barədə rəsmilər məlumatlandırılıblar və onların vəkillərini təmsil etmələri tələb olunur", - məlumatda qeyd olunub. 

2020-ci il yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymani yoldaşları ilə birlikdə ABŞ-nin o zamankı prezidenti Donald Trampın əmri ilə İraqda ABŞ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülüb. 

Seçilən
143
operativmedia.az

1Mənbələr