Fransa millisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa komandanın bugünkü məşqində iştirak etməyib.
QOL.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, 21 yaşlı futbolçu sağ topuğunda yüngül narahatlıq hiss edib. Zədənin ciddi olmadığı vurğulanıb. Kamavinqanın bazar ertəsi məşqlərə qayıdacağı gözlənilir.
Avstriya ilə oyunda (1:0) burnu qırılan və Niderlandla görüşü buraxan (0:0) Fransanın kapitanı Kilian Mbappe bu gün qoruyucu maska taxaraq ümumi qrupla məşq edib.
Fransa Avro-2024-ün qrup mərhələsinin son oyununu iyunun 25-də Polşaya qarşı keçirəcək.