AZ

İran və Bəhreyn 8 ildən sonra diplomatik münasibətləri normallaşdırır

İran xarici işlər nazirinin müavini Əli Baqiri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zeyyani paytaxt Tehranda görüşüb. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, görüşdən sonra yayılan birgə bəyanatda, iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəldiyi bildirilib. Bəhreynin xarici işlər naziri Zayyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana gəlib. 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfərin “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra İranda nümayişçilər ölkənin Tehrandakı səfirliyi və Məşhəd konsulluğu yandırıblar. Hadisələrdən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Körfəz və ərəb ölkələrinin əksəriyyəti Ər-Riyadın qərarını dəstəkləyib və Bəhreyn 2016-cı ilin yanvarında İranla diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Səudiyyə Ərəbistanı 7 illik fasilədən sonra 10 mart 2023-cü ildə Çinin vasitəçiliyi ilə İranla əlaqələri bərpa etdikdən sonra Bəhreyn bunu alqışladığını açıqlayıb. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
7
bizimyol.info

10Mənbələr