AZ

Çin ABŞ-nin sərmayə məhdudiyyəti planına etirazını bildirib

Bakı. Trend:

Rəsmi Pekin ABŞ hökumətinin Çinə sərmayə qoyuluşunuməhdudlaşdırmaq planına sərt etirazını bildirib.

Trend xəbər verir ki, Çinin Kommersiya Nazirliyinin məsələyədair açıqlamasında Birləşmiş Ştatların bu addımının Çin və ABŞşirkətləri arasında normal iqtisadi-ticari əməkdaşlığa mənfi təsiredəcəyi, beynəlxalq iqtisadi və ticarət nizamını pozacağı qeydolunub.

"ABŞ tərəfi bazar iqtisadiyyatı qanunlarına və ədalətli rəqabətprinsipinə hörmət etməli, iqtisadi və ticari məsələlərinsiyasiləşdirilməsini dayandırmalı, Çinə investisiya yatırımlarınaməhdudiyyətləri aradan qaldırmalı, Çin ilə ABŞ arasında işgüzarəməkdaşlıq üçün əlverişli şərait yaratmalıdır", - deyə KommersiyaNazirliyinin açıqlamasında vurğulanır.

Qurum ABŞ-nin bu cür addımlarına cavab hüququna malik olduğunuda bəyan edib.

Qeyd edək ki, iyunun 21-də Birləşmiş Ştatların XəzinəDepartamenti ABŞ şirkətlərinin Çinə sərmayə yatırımlarınaməhdudiyyət tətbiq edə biləcətyini açıqlayıb.

Seçilən
262
4
az.trend.az

5Mənbələr