Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 410 milyon 401 min manat sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 20 % çoxdur.
Belə ki, 2023-cü ilin müvafiq dövründə 341 milyon 853 min manat olub.
2024-cü ilin birinci rübündə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 167,184 milyon manat təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 63,1 % çoxdur.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.
Nara