AZ

Polislərimiz dəfn olundu - Fotolar - Yenilənir

Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasmində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

***

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.

Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd göstərib. Yaranmış vəziyyətdən istifadə edərək Rövşən Allahverdiyev “Lancaster” markalı ov silahından atəş açmaqla 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.






Seçilən
175
2
qafqazinfo.az

10Mənbələr