AZ

Ben Afflek Cennifer Lopezdən ayrılma şayiələrini alovlandırıb

Ben Afflek Cennifer Lopezdən ayrılma şayiələrini alovlandırıb




Hollivud aktyoru Ben Afflek müğənni Cennifer Lopezdən boşanma şayiələrini alovlandırıb. Bu barədə Daily Mail məlumat yayıb.51 yaşlı Ben Afflek iyunun 23-də Los-Ancelesdə paparassilərə tuş gəlib. Aktyor 18 yaşlı qızı Violet ilə Tasty Noodle-da nahar edib. Jurnalistlər məşhurun nikah üzüyünü çıxardığını müşahidə ediblər.May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.Sonradan məlum olub ki, Cennifer Lopez və Ben Afflek ötən il 60 milyon dollara aldıqları evlərini satmaq üçün rieltor tutublar. Məşhurlar malikanə üçün təxminən 65 milyon dollar alacaqlarını gözləyirlər.Mənbə: haberler.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
10
patrul.az

10Mənbələr