AZ

Lənkəranda kişi meyiti tapılıb

Lənkəranda kişi meyiti tapılıb. SİA xəbər verir ki, bu gün günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, “Dəhnə” deyilən ərazidə körpünün altında kişi meyiti tapılıb. Dərhal hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Məlum olub ki, meyit ötən gün itkin düşən Lənkəran rayon Sütəmurdov kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Əliqulu oğlu Rəhimovdur.

Meyit aidiyyəti üzrə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
107
8
sia.az

9Mənbələr