AZ

Konor döyüşdən çəkilməsinin səbəbini izah etdi

İyunun 30-da Las-Veqasda keçiriləcək UFC 303 turnirində əsas döyüşün Konor Makqreqorla Maykl Çendler arasında keçirilməli olduğunu, ancaq irlandiyalının zədəsi üzündən həmin döyüşün baş tutmayacağını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, ancaq bu döyüşün təşkili ilə bağlı ideyadan imtina olunmayıb. Makqreqorla Çendlerin avqust və ya sentyabrda oktaqonda üz-üzə gələcəyi gözlənilir. Sonuncu dəfə 2021-ci ilin iyulunda oktaqona çıxan və Dastin Poryeyə uduzan irlandiyalı indiki durumu haqda bunları deyib:
“Planlaşdırılan dönüşdən imtina etmək çətindi. Mətbuat konfransı ərəfəsində zədə aldım, bərpa prosesi üçün düşündüyümüzdən daha çox vaxt lazımdı. Belə qərar vermək çətin idi. Ancaq həkimlərim, UFC və komandamın üzvləri ilə məsləhətləşmədən sonra başqa yolumun olmadığını anladım. Fanatlarım və rəqib ən yaxş versiyamı görməyi haqq edir. Dəstəyə görə sağ olun, əhval-ruhiyyəm yaxşıdı, dönəcəyimə əminəm”.
Seçilən
106
football-plus.az

1Mənbələr