AZ

Amerika Kuboku: Kolumbiyadan inamlı qələbə, Braziliya etimadı doğrulda bilmədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə Amerika Kubokunun D qrupunda Kolumbiya millisi Paraqvay yığması, Braziliya isə Kosta-Rika ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Kolumbiya millisi Paraqvayı 2:1 hesabı ilə məğlub edib.
Oyunun taleyi elə ilk yarıda həll olunub. Matçın 32-ci dəqiqəsində hesabı Daniel Munyos açıb. 42-ci dəqiqədə Ceferson Lerma fərqi artırıb - 2:0. Paraqvay futbolçuları fasilədən sonra çox çalışsalar da, gücləri yalnız təsəlli qoluna çatıb. 69-cu dəqiqədə Julio Enkiso görüşdə son nöqtəni qoyub.
Qrupun digər oyununda Braziliya seçməsi Kosta-Rika ilə qarşılaşıb.
Hər iki komandanın futbolçuları gərgin mübarizə aparsalar da, görüşdə hesab açılmayıb.
İlk turdan sonra aktivində üç xalı olan Kolumbiya qrupun lideridir. Hərəyə bir xalı olan Braziliya və Kosta-Rika isə ikinci və üçüncü pillələri bölüşürlər. Xalsız olan Paraqvay sonuncudur.
Anar Həsənov
Seçilən
243
50
oxu.az

10Mənbələr