Nigeriyanın şimal-şərqində "Boko Haram" terror təşkilatı tərəfindən girov götürülən 99 nəfər xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama məlumat verib.
O, Borno əyalətinin Sambisa meşəsində gizlənən terrorçulara qarşı əməliyyatlar keçirildiyini bildirib.
Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 41-i qadın olmaqla 99 nəfər xilas edilib.
Xilas edilən bəzi şəxslər 2014-cü ildə təşkilatın məktəbə basqını zamanı girov götürüldüyü məlum olub.
Onların səhhətinin yaxşı olmadığı bildirilir.
Şəbnəm Mehdizadə