AZ

Ən faydalı qida siyahısına heç bir meyvə düşməyib –Hansı tərəvəzlərin adı var? /ELMİ ARAŞDIRMA

Alimlər ən sağlam qidaların siyahısını tərtib etmək üçün araşdırma aparıblar.

Azpost.info “Express” qəzetinə istinadən bildirir ki, ABŞ-ın Nyu Cersi ştatındakı Uilyam Paterson Universitetinin mütəxəssisləri hesabat açıqlayıbla. Heç bir meyvə ilk onluğa daxil olmayıb.

Tədqiqat zamanı 41 məhsul təhlil edilib – onların tərkibində vitamin, lif və digər qida maddələri öyrənilib. Nəticədə siyahıda ilk onluğu demək olar ki, tamamilə müxtəlif növ yaşıl tərəvəzlər tutub. Birinci yerdə ən vacib vitamin və mikroelementləri ehtiva edən vəzəri dayanıb. Amerikalı həkimlərin fikrincə, ən sağlamlar siyahısına müxtəlif növ kələm, ispanaq, yerkökü, pomidor, kartof və göy soğan daxildir.

Meyvələrdən yalnız biri ilk “30-luğa” daxil olub. Limon 28-ci yerdə qərar tutub. Məlum olub ki, limon demək olar ki, bütün vitamin qruplarını ehtiva edir və dəmir və kalsiumla doludur. Tərkibində C, B, A və E vitaminləri var. Həmçinin dəmir, kalsium, maqnezium, sink və fosforla zəngindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
azpost.info

2Mənbələr