Türkiyə bu ilin yanvar-may dövründə 17 milyon 809 min 78 turist səfər edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu ilin 5 ayı ərzində Türkiyəyə səfər edənlərin 15 milyon 784 min 213-ü əcnəbi olub.
Bu ilin may ayında ölkəyə səfər edən xarici ziyarətçilərin sayı illik müqayisədə 14 faiz artaraq 5 milyon 130 min 119 nəfərə çatıb.
Yanvar-may dövründə xarici ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz artıb.
May ayında Türkiyəyə ən çox turist Rusiyadan gəlib.