AZ

Ermənistanın buğda ilə təminatında ciddi problemlər yaranıb

Ermənistanın

Tbilisi, 25 iyun, AZƏRTAC

Ermənistanın özünü buğda ilə təminatında ciddi problemlər yaranıb. Bu gün ölkənin buğda ilə təminatı 20-22 faiz təşkil edir. Bu da müharibə şəraitində yaşayan ölkə üçün utancvericidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan söyləyib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana hər il güzəştli qiymətlərlə təbii qaz və 450 min ton buğda verilir ki, son baş verən proseslər fonunda bu rəqəmin də azalacağı gözlənilir.

Keçmiş nazir müavini bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri bütün Aİ ölkələri iqtisadi böhranla üzləşib, amma Rusiyada ÜDM istehsalı 3 faiz artıb.

Sabiq nazir müavini ölkə rəhbərliyini Aİ ilə münasibətləri inkişaf etdirməyə, lakin Avrasiya İqtisadi Birliyi ölkələri ilə əsas əlaqələrə xələl gətirməməyə çağırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
111
azertag.az

1Mənbələr