AZ

Qəzzadakı UNRWA obyektlərinin yarıdan çoxu vurulub

Bakı, TurkicWorld

Qəzza zolağındakı obyektlərimizin yarıdan çoxu vurulub və ya zədələnib.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində mətbuat konfransı keçirib.

İsrail ordusunun UNRWA-nın iki məktəbini bombaladığını xatırladan Lazzarini bu hücumlarda ən azı 12 nəfərin öldüyünü, 22 nəfərin isə yaralandığını bildirib.

Lazzarini qeyd edib ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında UNRWA obyektlərinin yarısından çoxu vurulub və ya zədələnib.

UNRWA-nın obyektlərinə və infrastrukturuna 290 hücum edildiyini bildirən Lazzarini, BMT-nin himayəsində olarkən 500-dən çox insanın həlak olduğunu bildirib.

Lazzarini qeyd edib ki, son 9 ayda Qəzzada 200-dən çox humanitar yardım işçisi öldürülüb və bu adamlardan 193 nəfəri UNRWA əməkdaşlarıdır.

Hafiz Rufizoğlu

Seçilən
191
turkic.world

1Mənbələr