AZ

BU AN! Əliyev xəbərdarlıq etdi, Paşinyan HƏRƏKƏTƏ KEÇDİ: başçı HƏBS EDİLƏCƏK – Elçin Alıoğlu CANLIda

Ermənistanın siyasi dairələrində separatçıların sonuncu başçısı Samvel Şahramanyanın həbsinə hazırlıq getdiyi barədə söz-söhbət yayılıb.

Publika.az xəbər verir ki, “Hraparak” iddia edir ki, onun həbsi yaxın günlərdə gerçəkləşə bilər. Separatçıların İrəvandakı nümayəndəliyinə polis basqını, Sahramanyanın avtomobilinin müsadirə olunması da bu prosesin tərkib hissəsi hesab edilir. Erməni politoloqların fikrincə, Xankəndi, Əsgəran, Ağdərədə separatçıların keçmiş “başçılarının” saxta sənədlər hazırlamaqda ittiham olunaraq saxlanılması da, onların cilovlanması prosesinin başladığını göstərir və sonda növbə Şahramanyana çatacaq.

Ermənilər bu məqamı vurğulayarkən Azərbaycan prezidenti İlham Əliyevin sərt xəbərdarlığını da xatırladırlar.

“Mən əminəm ki, Ermənistan bir daha heç vaxt Azərbaycana qarşı hər hansı hərbi təxribat törətməyə cəhd etməyəcək, baxmayaraq ki, kifayət qədər revanşistlər var. Son prosesləri izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var”, - Azərbaycan Prezidenti deyib.

Nəşr iddia edirlər ki, məhz Bakının bu xəbərdarlığından sonra İrəvan separatçıların zərərsizləşdirilməsinin qaçılmaz olduğunu anlayır. Proses başlayıb və Şahramanyanın həbsi ilə yekunlaşacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
130
7
musavat.com

3Mənbələr