AZ

Bu avtomobil bütün əzbərləri pozmağa gəldi - "Rox 01" Bakıda - FOTO - VİDEO

İyunun 23-də Dənizkənarı Milli Parkda uzun zamandır gözlənilən "Rox 01" plug-in hybrid modelinin təqdimat mərasimi keçirilib.
 
Avtosfer.az xəbər verir ki, avtomobil həvəskarları üçün bayram abu-havasına çevrilən təqdimat mərasimi qısa zaman ərzində ziyarətçilərin böyük rəğbətini qazanıb. 

"ROX 01" hazırda öz seqmentində ən böyük həcmli batareyası olan ardıcıl hybrid avtomobilidir. Ümumilikdə "ROX 01" "56kw"lıq batareya və 70 litrlik yanacaq çəni ilə təhciz olunub. Nəticədə 282 km məsafəni yalnız elektrik yürüşlə qət etmək mümkündür. Ümumilikdə isə, 1338 km maksimal yürüş qət edilə bilir. 

İki elektromotorun daimi bərabər işləməsi üçün "ROX 01" 476 at gücündə hərəkət edir. Avtomobil 5.5 saniyəyə 0-100 aralığında sürət yığa bilir. 

Rəsmi idxalçıdan avtomobilə 5 il və ya 150 000 km, batereyaya və elektrik avadanlığa isə 8 il və ya 240 000 km zəmanət verilir.
 
Sözügedən modelin Azərbaycan üzrə satışı isə,
"VOLT GROUP”a məxsusdur. 

Avtomobil haqqında əlavə məlumat və yarana biləcək digər suallara cavab almaq üçün əlaqə saxlaya bilərsiniz: *0078

 

FOTO QALEREYA
Seçilən
86
1
avtosfer.az

7Mənbələr