Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü bu ilin sentyabr ayında Tbilisidə keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat verib. Onun sözlərinə görə, görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s. məsələlərin müzakirəsi gözlənilir.