AZ

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Belçikada bu ilin ən isti günü qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Belçikanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxt Brüsseldə havanın temperaturu 29,5 dərəcə olub. Bəzi bölgələrdə hərarət 30 dərəcəni keçib.

Qeyd edək ki, ölkədə may ayında 23 gün yağışlı hava müşahidə edilib. Mayda günəşli günlər 140 saat olub.
Seçilən
162
4
sherg.az

5Mənbələr