Amerika kubokunda qrup mərhələsinin oyunları davam edir.
İdman.biz xəbər verir ki, B qrupunda II turun matçları baş tutub.
Yarışa qələbə ilə başlayan Venesuela və Meksikanın duelində bir qol vurulub. Cənubi amerikalılar qələbə ilə qrupda 1-ci yeri və 1/4 finala vəsiqəni təmin edib. Ekvador isə Yamaykaya qalib gəlib.
Qeyd edək ki, B qrupunda son turun görüşləri iyulun 1-də keçiriləcək.
Amerika kuboku
Qrup mərhələsi, II tur
B qrupu, 27 iyun
Ekvador – Yamayka – 3:1
Kessi Palmer, 13 (avtoqol), Kendri Paz, 45+4 (pen.), Alan Minda, 90+1 – Mihael Antonio, 51
Venesuela – Meksika – 1:0
Solomon Rondon, 57 (pen.)
1 | Venesuela | 2 | 2 | 0 | 0 | 3-1 | 6 |
2 | Ekvador | 2 | 1 | 0 | 1 | 4-3 | 3 |
3 | Meksika | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
4 | Yamayka | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
İdman.biz