“Qəbələ”dən ayrılan Ahmed Ayzaya karyerasını Azərbaycanda davam etdirə bilər.
“FutbolPress“in əldə etdiyi məlumata görə, “Kəpəz” 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Ayzaya daha əvvəl – 2022/23 mövsümündə “sarı-göylər”də forma geyinib. Yarımmüdafiəçi Gəncə təmsilçisi ilə 35 oyun keçirib. Ahmed sabiq klubuna qayıtmağa müsbət yanaşır.
Ötən mövsüm “Qəbələ”də çıxış edən Ayzaya bu komanda ilə 26 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.