AZ

Ukraynada 3 kateqoriya üzrə tələbələr səfərbər edilə bilər

İyulun 1-dən Ukraynada 3 kateqoriyadan olan tələbələr səfərbər oluna bilər.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Səfərbərlik haqqında yenilənmiş qanuna əsasən, söhbət aşağıdakı kateqoriyalardan gedir:

 

- Qiyabi təhsil alan tələbələr;

 

- İkinci və üçüncü ali təhsil alan tələbələr (bakalavr, magistratura);

 

- İstənilən təhsili artıq malik olduğundan aşağı səviyyədə alanlar (məsələn, ali təhsillidirlər, lakin orta ixtisas təhsili alırlar).

 

Bu qayda əyani peşə təhsili müəssisələrinə şamil edilmir.

Seçilən
86
modern.az

1Mənbələr