AZ

KTMT Qazaxıstanda hərbi təlim keçirəcək



Qazaxıstan Respublikası Silahlı Qüvvələrində sülhməramlı qüvvələrin “Mızqımas qardaşlığı-2024” komanda-qərargah təliminə hazırlığı üzrə ikinci qərargah danışıqları keçirilib.
Burada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın müvafiq idarələrinin nümayəndələri, Birləşmiş Qərargahın bir qrup zabiti və KTMT Katibliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin gedişində bu ilin sentyabrında Almatı vilayətinin “Jaqalau” poliqonunda keçiriləcək təlim meydançasında kəşfiyyat aparılıb.
"Tərəflər təlim-məşq ideyasını, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinə ayrılmış birgə komandanlığın və milli kontingentin tərkibini və praktiki hərəkətlərin qaydasını nəzərdən keçirərək razılığa gəliblər. Danışıqlar nəticəsində Nümayəndə heyətinin rəhbərləri müvafiq protokolu imzalayıblar”, - deyə agentlik yazıb.
Xatırladaq ki, KTMT-yə üzv ölkələrin sülhməramlı kontingentinə xüsusi təlim keçmiş ordu, polis və mülki şəxsi heyət, təşkilata üzv dövlətlərin təqdim etdiyi texnika daxildir. Onların ümumi sayı 4000-ə çatır.
“Bu təlim KTMT qoşun qruplarının idarəetmə orqanlarının vəzifəli şəxslərinin təcrübəsinin artırılması, kollektiv təhlükəsizlik sistemi birləşmə və qüvvələrinin hərəkətlərinin əlaqələndirilməsi məqsədilə keçirilir”, - nazirlikdən bildirilib.
Seçilən
103
newscenter.az

1Mənbələr