AZ

Cənubi Koreya Yaponiyanın etirazını rədd edir

"Cənubi Koreya Yaponiyanın Yapon dənizində (Şərq dənizi) mübahisəli Dokdo/Takeşima adaları ətrafında yoxlama fəaliyyətinə etirazını qəbul etmir". 

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bununla bağlı Cənubi Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Seulun Hidroqrafik və Okeanoqrafiya Agentliyi okean axınlarını izləmək və suyun temperaturunu ölçmək üçün mübahisəli adaların yerləşdiyi əraziyə mütəmadi olaraq tədqiqat gəmiləri göndərir. Cənubi Koreya Yaponiyanın ərazi iddialarını qəbul etmir. 

Qeyd edək ki, Cənubi Koreyanın "Dokdo", yaponlar tərəfindən "Takeşima" adlandırdığı bölgə uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olub. Cənubi Koreya 1954-cü ildən bəri nəzarəti altında olan və ümumi sahəsi 0,2 kvadrat kilometr olan ərazilərə təhlükəsizlik işçiləri yerləşdirib.

Gülşən Şərif

Seçilən
118
bakivaxti.az

1Mənbələr