AZ

Merilin Monronun evi söküntüdən qorumaq üçün mədəniyyət abidəsi kimi tanındı

Dünya şöhrətli aktrisa Merilin Monronun Los-Ancelesdəki evi tarix və mədəniyyət abidəsi elan edilib. Bu, evin sökülməsini xeyli çətinləşdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Variety” yazır.

Los Anceles şəhər şurası yekdilliklə Monronun 1929-cu ildə yaşadığı və vəfat etdiyi evin tarixi abidə kimi təyin edilməsinə səs verib.

"Los Ancelesdə Merilin Monro və onun Brentvuddakı evi qədər əlamətdar olan başqa bir insan və ya yer yoxdur", - deyə Los Anceles şəhər şurasının üzvü Treysi Park bildirib.
Binaların tarixi abidə kimi tanınması onların sökülməsini qadağan etməsə də, bu prosesi xeyli çətinləşdirir.

Şəhər şurası bu qərarı evin yeni sahibləri köhnə evi sökmək və onun yerinə qonşu ərazidə yerləşən apartamentlərinin davamını tikmək istəklərini bildirdikdən sonra verib.

Bir vaxtlar Merilin Monroya məxsus olan evi keçən il Brina Milşteyn və onun əri Roy Benk 8,35 milyon dollara alıb. Cütlük evi aldıqları andan ona tarixi abidə adının verilməsinə qarşı mübarizə aparıblar, çünki onların fikrincə, bu, şəhərə gələn turistlərin sayını artıracaq.

Milşteyn və Benk iddia edir ki, ev çox dəyişib və məşhur aktrisanın orada yaşadığını göstərən heç bir əlamət qalmayıb.

Yeni sahiblər məmurları "pərdəarxası maxinasiyalarda” günahlandırıblar və şəhəri məhkəməyə veriblər. İş üzrə məhkəmə baxışı avqustun 13-nə təyin edilib.

Nizami Bağırov
Seçilən
166
qaynarinfo.az

1Mənbələr