AZ

Azərbaycanda 5 bal gücündə zəlzələ oldu

Talış Dağlıq zonasında zəlzələ baş verib.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli saatla 07:43 radələrində baş verib. Zəlzələnin Lerikdə 5 bal gücündə olduğu qeyd edilib. Yeraltı təkan 18 km dərinlikdə yerləşib.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bir neçə rayonda hiss olunub.

Bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabadda 4 bala, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

“Bu gün səhər saatlarında Azərbaycanın cənub bölgəsində baş verən və maqnitudası 5 olan zəlzələ hiss olunan zəlzələ olsa da, bundan vətəndaşlarımızın təşvişə düşməsinə əsas yoxdur. Təbii ki, ərazimiz seysmik bölgədir. Cənub bölgəmiz, əsasən də Talış dağlıq bölgəsi seysmik zonadır. Bu baxımdan da bölgədə vaxtaşırı hiss olunan zəlzələlər olur. Bu, seysmik zonalara xarakterik haldır.

Maqnitudası 5 və 5-dən yuxarı olan zəlzələlərdən sonra ərazidə zəif təkanların, afterşokların qeydə alınması mümkündür. Zəlzələ təbiət hadisəsidir və onun dəqiq proqnozu yoxdur. Odur ki, vətəndaşlarımız bir qədər təmkinli olsunlar və yalnız  rəsmi məlumatları izləsinlər”, - məlumatda vurğulanıb.

Seçilən
98
28
buta.media

10Mənbələr