Şuşada turizm üzrə peşə mərkəzi yaradılacaq.
Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu barədə razılıq əldə edilib: “Peşə mərkəzinin yeri seçilib. Layihənin icrasının birinci mərhələsi başa çatıb”.