"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 27 iyun 2024-cü il tarixində Göyçay şəhərində olub.
QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə Ağdaş rayon İcra hakimiyyətinin nümayəndələri, Ağdaşda Təhsil sektorunun rəhbərliyi ilə görüş-məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 28 iyun 2024-ci il tarixdə Göyçay şəhəri Məhəmməd Füzuli adına 6 saylı tam orta məktəbdə rayonun 16 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, rayon Təhsil sektorunun nümayəndəsi Lütfiyar Qurbanov, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 28 iyun 2024-cü il tarixində seçilmiş müəllimlərin ailələri ziyarət edilib, müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.
Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir. Layihənin əsas məqsədi nümunəvi müəllimləri və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir.
Layihə üzrə növbəti səfər Salyan şəhərinə olacaqdır.
QHT layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Göyçay rayon İcra Hakimiyyətinə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimova, Göyçay rayon Təhsil sektorunun rəhbərli Rauf Məmmədova, nümayəndələri Lütfiyar Qurbanova, Aynurə Məmmədova və əziz müəllimlərə minnətdarlığını bildirir.
Qeyd edək ki, yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.