“Real”ın bir müddət əvvəl “Espanyol”dan aldığı hücumçu Xoselu “Əl-Qarafa”ya keçib.
Publika.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçunun müqaviləsi 2 illikdir, amma daha bir mövsüm uzadılması mümkündür.
“Klubun rəhbərliyi sövdələşmənin uğurla başa çatmasına zəmin yaradan əla əməkdaşlığa görə “Real” rəhbərliyinə minnətdarlığını bildirir”, – deyə məlumatda deyilir.