Ukrayna Səhiyyə Nazirliyi 2030-cu ilə qədər Ukraynada müxtəlif ixtisaslar üzrə tibb işçilərinin qlobal çatışmazlığı barədə xəbərdarlıq edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko "Kommersant"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) strategiyası 2030-cu ilə qədər tibb sahəsində qlobal kadr çatışmazlığını nəzərdə tutur. Eyni zamanda, dünyanın əksər ölkələri, xüsusən də silahlı münaqişələrin olduğu ölkələr risk altındadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun