Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkiləri ilə bağlı geniş şəkildə tədbirlər keçirilməlidir:
"Müxtəlif qurumlarla birgı tədbirlərin keçirilməsi üçün addımlar atılacaq. Gənclər, qadınlar, müxtəlif təbəqələrdən olan insanlarla maarifləndirici tədbirlər vacibdir. Siyasi partiyaların bu seçkidə iştirakı geniş olacaq. Əgər siyasi partiyalar maraq göstərirlərsə müraciət edə bilərlər".
MSK sədri həmçinin seçicilərə müraciət edib. O, adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçiciləri müraciət etməyə çağırıb: "Qeyd edib ki, bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcək".