Bakı. Trend:
Bu gün AVRO-2024-də pley-off mərhələsinə start verilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, 1/8 finalın ilk günündə iki matçkeçirilib.
Mərhələnin ilk qarşılaşmasında Berlində son çempion İtaliyaİsveçrəni sınağa çəkib. Qrup mərhələsini məğlubiyyətsiz başa vuran"saatlar ölkəsi" təmsilçiləri seriyanı davam etdiriblər. Hərhissədə İtaliyanın qapısına 1 qol vuran İsveçrə 1/4 finala vəsiqəqazanıb. Avropa çempionu isə turnirlə erkən vidalaşıb.
Qeyd edək ki, bu gün 1/8 finalın daha bir matçı baş tutacaq.Almaniya Danimarka ilə üz-üzə gələcək.
AVRO-2024
1/8 final
29 iyun
20:00. İsveçrə - İtaliya - 2:0
Qollar: Remo Freuler, 37. Ruben Varqas, 46
Baş hakim: Şimon Marçinyak (Polşa)
Berlin Olimpiya Stadionu