AZ

Lənkəran şəhərində iki nəfər bıçaqlanıb, vəziyyətləri ağırdır - YENİLƏNİB

Lənkəranda baş verən bəçaqlanma ilə bağlı TƏBİB açıqlama yayıb.

APA - nın cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, 29.06.2024-cü il tarixində saat 21:05 radələrində Lənkəran şəhər mərkəzində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanların hər ikisinin müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

***

21:51

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə axşam saatlarında Lənkəran şəhərinin mərkəzi meydanında iki nəfər; Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Nurlan İbadulla oğlu Nurəliyev və Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Arif Fail oğlu İsmayılov bıçaqlanıb.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriblər.
Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
78
20
apa.az

8Mənbələr