AZ

Bir ailənin faciəvi sonu: Çox sayda ölən və yaralanan var - VİDEO

Qax rayonunda ağır yol qəzası baş verib.

Qlobal.net xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərdən dördü azyaşlıdır.

Rayon ərazisində "Ford" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

Qeyd edək ki, qəza zamanı yaralanan şəxslərdən dördü azyaşlıdır. Azyaşlılardan ikisi xəstəxananın Reanimasiya şöbəsinə, ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

(metbuat.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
qlobal.net

10Mənbələr