AZ

Mərdəkanda iki avtomobil toqquşdu, azyaşlı xəsarət aldı

Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
212
50
sfera.az

10Mənbələr