AZ

ADR Gənclər komitəsinin üzvünün həbs edildiyi bildirilir

İyunun 28-də ADR Gənclər komitəsinin üzvü Pərvin Çobanov 20 sutka inzibati  həbsə məhkum edib. O polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

Bu barədə Turana ADR İdarə Heyətinin üzvü Ədalət Yusub bildirib.  

Onun szölərinə görə, fəalın həbsi sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlıldır.

O ölkədə baş verən qanunsuzluqlar barədə videoları Tik-Tok səhifəsinə yerləşdirirdi. Bir milyondan çox izləyicisi var id. Onun həbsinin səbəbi Tik-Tok-da faəllığıdır. Hazırda Pərvinin Tik-Tok səhifəsi bloklanıb”, o qeyd edib.

Bununla yanaşı, ADR fəalın hansı məhkəmə tərəfindən həbsə məhkum edildiyi barədə məlumatlı deyil.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Turanın sorğusuna hələ cavab verməyib.

 

Seçilən
2
turan.az

1Mənbələr