AZ

Bakıda gecə aparılan söküntü ilə bağlıAÇIQLAMA

AzVision.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bakıda gecəyarısı söküntü işləri: Qadını evindən sürüyüb çıxardılar



Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Qeyd edək ki, bu gün gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində söküntü işləri aparılıb. Ərazidə öz mənzilini tərk etmək istəməyən qadın evindən zorla çıxarılıb.

AzVision.az

Seçilən
35
18
azvision.az

10Mənbələr